
Mbappe "Real"la müqavilə bağlayıb?
- 14 Mar 2022 12:44
- 487
PSJ-nin hücumçusu Kilian Mbappe "Real Madrid"lə müqavilə bağladığı iddia olunub.
Rekord.az xəbər verir ki, bu barədə "Marca"nın əməkdaşı Ramon Alvares informasiya yayıb.
Mənbə tərəflərin yanvarın 30-da rəsmi sözləşməyə imza atdıqlarını bildirib.
Qeyd edək ki, 2017-ci ildən PSJ-də çıxış edən Mbappenin Paris təmsilçisi ilə olan müqaviləsinin müddəti bu ilin iyununda başa çatacaq.