Fransa millisinin baş məşqçisi Didye Deşam hücumçu və kapitanı Kilian Mbappenin yenidən topuğundan zədə aldığını açıqlayıb.


Rekord.az xəbər verir ki, bu, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunda baş verib.


"Real”ın futbolçusu 83-cü dəqiqədə əvəzlənib.


Mbappe zədəsinə görə dünya çempionatının seçmə mərhələsində İslandiya yığmasına qarşı keçiriləcək qarşıdakı oyunda iştirak etməyəcək. Məlumata görə, Mbappe 13 oktyabrda baş tutacaq oyunu sağ topuq zədəsinə görə buraxacaq. Futbolçu eyni zədəni 4 oktyabrda İspaniya çempionatının səkkizinci turunda "Vilyarreal" klubuna qarşı matçda da almışdı.