Braziliyalı MMA idmançısı Mateus Kamilo Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində rəqibi Nazim Sadıxova nokautla qalib gəlmək istəyir.


Rekord.az xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.


Azərbaycanlı Nazim Sadıxovla üz-üzə gələcək döyüşçü sözügedən qarşılaşmaya kökləndiyini söyləyib:


"Bu döyüşə tam hazıram. Qələbə qazanacağıma da inanıram. Bir neçə gündür ki, buradayam. Şənbə günü axşam çox gözəl döyüş görəcəksiniz. Rəqibimi məğlub etsəm, qələbəmi ailəmə, azarkeşlərə, məni sevənlərə və sevməyənlərə həsr edəcəyəm".


Xatırladaq ki, "UFC Fight Night Baku" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.