Masallı rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə 5 mart-Bədən tərbiyəsi və İdman günü münasibəti ilə “İdman həftəsi” çərçivəsində veteranlar arasında Şahmat üzrə rayon turnirinə yekun vurulub.

Rekord.az xəbər verir ki, iki gün davam edən turnirin qalibləri Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən 5 mart-Bədən tərbiyəsi və İdman günü münasibəti ilə təşkil ediln tədbirdə mükafatlandırılacaq.