
Masallı stadionunun taleyi naməlumdur
- 13 Mar 2023 14:00
- 865
Uzun müddət idi Anatoli Banişevski adına Masallı şəhər stadionundan xəbər yox idi.
Rekord.az xəbər verir ki, arena uzun müddətdir baxımsız vəziyyətdə qalıb.
Əldə etdiyimiz son məlumat isə bundan ibarət oldu ki, vəziyyət daha da pisləşib. Vaxtı ilə "Palmali" şirkəti buranı almışdı ki, həm yeni stadion, həm də bir növü "Xəzər Lənkəran" üçün baza tiksin. Lakin sonradan "Xəzər Lənkəran" fəaliyyətini dayandırınca, Masallı stadionu ilə bağlı layihə də batdı. Arena demək olar ki, tamamilə dağılıb. Arena bir ara satışa çıxarılsa da, qiymət yüksək qoyulduğundan alan olmadı.