“Marsel”in yarımmüdafiəçisi Amin Harit komandasının Konfrans Liqasındakı çıxışından danışarkən, “Qarabağ”la oynayacaqları matça da toxunub.
 

Rekord.az xəbər verir ki, klubun rəsmi saytına danışan mərakeşli futbolçu Ağdam klubu ilə oyun barədə bunları deyib:

"Hansı turnirdə oynamağımızdan asılı olmayaraq qarşımıza qalib gəlmək məqsədi qoyuruq. Kiçik və böyük turnir yoxdu. Çempionlar Liqası kimi böyük turnir var, amma biz Konfrans Liqasında çıxış edirik və çempion olmaq istəyirik.

“Qarabağ”ı tanıyıram. Xüsusilə də, Çempionlar Liqasındakı oyunlarını görmüşəm. Bu cür turnirdə oynamaq həmişə çətindi.

Bu komanda qələbəyə acdı, əvvəlki rəqiblərimiz kimi bizimlə oyunda maksimumu edəcək. İlk oyunu evdə oynayacağıq, cavab oyunu öncəsi yaxşı nəticə qazanmalıyıq".