
Markus Reşford: "Bu heç-heçə daha çox məğlubiyyətə oxşayır"
- 17 Fev 2023 14:45
- 589
"Mançester Yunayted"in futbolçusu Markus Reşford "Barselona" ilə Avropa Liqasının pley-off mərhələsində oynanılkan və 2:2 başa çatan oyunla bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, heç-heçə görə sevinmədiyini bildirib: "Bu heç-heçə daha çox məğlubiyyətə oxşayır. Düşünürəm ki, oyuna yaxşı döndük. İlk hissədə üstünlük "Barselona"da idi. Lakin biz sakitləşdik və qol imkanları yaratmağı bacardıq. Nəticədə iki qol vurduq və çalışdıq ki, qələbə hesabınlı qoruyaq. Lakin "Barselona" əla oyunçuları var və sən onlara topla oynamaq imkanı yaratsan, mütləq boşluq tapacaqlar. Hər halda, düşünürəm ki, cavab oyununda yaxşı oyun göstərəcəyik və irəli doğru addım atacayıq".