
Maradonanın qalmaqallı oyunda geyindiyi forma 4 milyona satıldı
- 22 Apr 2022 13:16
- 449
Argentinalı futbol əfsanəsi Dieqo Armando Maradonanın forması auksionda satışa çıxarılıb.
Rekord.az xəbər verir ki, futbolçunun 1986-cı ildə baş tutan dünya çempionatının 1/4 finalında İngiltərəyə qarşı keçirilən oyunda (2:1) geydiyi forma rekord qiymətə satılıb.
Maradonanın əli ilə qol vurduğu matçdakı forması 4 milyon funt-sterlinqə sahibini tapıb. Bu, futbol forması üçün ödənilmiş ən yüksək məbləğdir.
Dieqo Armando Maradona 1960-2020-ci illərdə yaşayıb.