"Etiraf etməliyəm ki, bu mövsüm karyeramda ən pisi idi. Sonda necə olacağını isə tam bilmirəm".

Rekord.az xəbər verir ki, bu sözləri "Liverpul"un yarımmüdafiəçisi Sadio Mane İngiltərə mətbuatına açıqlamasında deyib. Seneqallı futbolçu bu mövsüm istənilən oyunu sərgiləmədiyini bildirib: 

"Fiziki cəhətdən problem yaşadığımı düşünürdüm. Buna görə müayinədən keçdim, ancaq hər şey normal çıxdı. Təəssüf ki, həyat belədir və yüksəlişlərlə yanaşı, enişlər də olur. Gözlənitlərin altında qaldım və buna görə məyusam. Yenidən yüksəlmək üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, 29 yaşlı futbolçu bu mövsüm keçirdiyi 44 oyunda 14 qol vurub, 7 məhsuldar ötürmə edib.