İtaliya millisinin baş məşqçisi Roberto Mançini Avro-2024-ün seçmə mərhələsi çərçivəsində İngiltərəyə 1:2-lik məğlubiyyəti ədalətli saymır.

Rekord.az xəbər verir ki, o, komandasını ən az 1 xala layiq görür: "Düzdür, iki standard vəziyyətdən qol buraxdıq. Hardasa bəxtsizlik də var idi. Amma ikinci hissədə oyuna dominantlıq edən tərəf idik.Ən azı 1 xalı haqq edirdik və məğlubiyyətimizi ədalətli saymazdım".