
Mançini istefaya göndərilir
- 26 Mar 2022 17:21
- 515
İtaliya millisinin baş məşqçisi Roberto Mançininin yaxında istefaya göndəriləcəyi gözlənilir.
Rekord.az xəbər verir ki, bu barədə İtaliya mətbuatında məqalələr yayımlanıb.
Bildirilir ki, İtaliya Futbol İttifaqı yığmanın ötən gün DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Şimali Makedoniyaya sensasiyalı şəkildə uduzmasını (0:1) bağışlamayacaq.
Ona görə də mütəxəssisin yaxında vəzifəsini tərk edəcəyi ehtimal olunur.
Həmçinin yerli mətbuatda İtaliya millisinin bu məğlubiyyətini "Faciə", "Fəlakət" kimi başlıqlarla şərh ediblər.
İtaliya millisi Şimali Makedoniyaya uduzduğu üçün DÇ-2022 iə vidalaşıb.