
"Mançester Yunayted"in baş məşqçisi olmağa əsas namizəd
- 02 Apr 2022 15:22
- 493
“Mançester Yunayted” rəhbərliyi iclas keçirib.
Rekord.az xəbər verir ki, iclasda baş məşqçi məsələsi müzakirə olunub.
Müzakirələrdən sonra komandanın “sükanı” tapşırılacaq əsas namizəd müəyyənləşib. Bu, “Ayaks”ın çalışdırıcısı Erik ten Haqdır.
Məlumata görə, “qırmızı şeytanlar”ın əməkdaşları PSJ-nin baş məşqçisi Mauritsio Poçettino və adı açqılanmayan başqa bir mütəxəssislə də əlaqə saxlayıblar.
Namizədlərlə söhbətdən sonra rəhbərliyin iclasında əsas hədəf müəyyənləşib. MY-ni hazırda Ralf Ranqnik çalışdırır.