İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Luk Şou ilə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

28 yaşlı müdafiəçinin yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.

İngiltərəli oyunçu 2014-cü ildən Mançester təmsilçisinin formasını geyinir.