"Mançester Siti"nin sahibi Şeyx Mənsur Çempionlar Liqasının finalında "İnter"ə qarşı oyunda iştirak etmək üçün İstanbula gəlib.

Rekord.az xəbər verir ki, bu haqda "The Athletic" məlumat yayıb.

Qeyd edək ki, Şeyx Mənsurun şəxsən iştirak etdiyi sonuncu rəsmi matç 2010-cu ildə, "Mançester Siti"nin "Liverpul"u məğlub etdiyi matç olub.