
“Mançester Siti”nin sabiq üzvü rəsmən “Turan Tovuz”da
- 08 Apr 2023 16:40
- 383
"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, qərb təmsilçisi qanalı yarımmüdafiəçi Divayn Naanı transfer edib.
27 yaşlı oyunçu ilə 3 ay + 1 il müddətinə rəsmi müqavilə imzalanıb. O, yeni komandasında 24 nömrəli formanı geyinəcək.
Divayn Naa daha əvvəl İngiltərənin "Mançester Siti", Norveçin "Strömqodset", Niderlandın "Breda", Danimarkanın "Nordsyelland", Osveçin "Örebro" (İsveç), Belçikanın "Tubiz", İsrailin "Hapoel" (Raanana) və Maltanın "Mosta" komandalarının formasını geyinib. Onun son klubu Litva "Jalgiris"i olub.