"Neftçi"nin transfer siyahısında olan ingilis futbolçu Demeako Dyuhani böyük ehtimalla Bakıya gələsi olmayacaq.

Rekord.az-a daxil olan məlumata görə, hazırda Türkiyənin "İstanbulspor" klubunda forma geyinən sağ cinah müdafiəçisi "ağ qaralar"dan çox pul istəyir.

Hansı ki, "Neftçi" daha az maaşa futbolçunu əldə etmək istəyir.

Qeyd edək ki, Dyuhani "Mançester Siti"nin futbol akademiyasının yetirməsidir. Futbolçu karyerası ərzində "Boston" və "Stok Siti" klublarında da forma geyinib.