"Mançester Siti”də yeni müqavilə
- 17:30
- 26
Xorvatiya millisinin müdafiəçisi Yoşko Qvardiol "Mançester Siti" klubu ilə yeni 5 illik müqavilə imzalayıb.
Rekord.az Mançester təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun klubla müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər uzadılıb.
Həm mərkəzdə, həm də sol cinahda çıxış edən xorvatiyalı oyunçu 2023-cü ilin yayında Almaniyanın "Leyptsiq" klubundan İngiltərə təmsilçisinə keçib.
O, indiyədək "şəhərlilər"in heyətində keçirdiyi 122 matçda 13 qol vurub. Müdafiəçi bu müddətdə İngiltərə Premyer Liqası və Kuboku, İngiltərə Liqa Kuboku, FIFA Klublararası Dünya Çempionatı, UEFA Superkuboku və İngiltərə Superkuboku daxil olmaqla 6 titul qazanıb.
Qeyd edək ki, Y.Qvardiol Xorvatiya millisində 52 oyuna çıxıb, həmçinin DÇ-2026-da iştirak edib.