"Mançester Siti" yeni transferi Sverre Nyupanı icarəyə verib.


Rekord.az xəbər verir ki, "şəhərlilər" norveçli yarımmüdafiəçini "Midlsbro"ya göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


18 yaşlı oyunçu 2025/2026 mövsümünü Çempionşip təmsilçisində keçirəcək.


"Mançester Siti" Sverre Nyupanı ötən ay "Rosenburq"dan (Norveç) 15 milyon avroya transfer edib.