"Mançester Siti" "Arsenal" üçün arzuolunmaz rəqib olaraq qalmaqdadır.

Rekord.az xəbər verir ki, "şəhərlilər" London klubunu İngiltərə kubokunun 4-cü raundu çərçivəsində keçirilən matçda 1:0 məğlub ediblər.

Buna qədər də bu iki komanda arasında keçirilən beş matçda "Mançester Siti"nin üstünlüyü olub - 1:0, 2:1, 5:0, 1:0, 4:1.