Futbol üzrə Malta yığmasının baş məşqçisi David Manca Azərbaycan milli komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Rekord.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox yaxşı oynadıq və praktik olaraq, bütün görüşü nəzarətdə saxladıq. Bəlkə hesabla bağlı nə isə demək olar (gülür). Oyun ərzində fərqi artırmaq üçün fürsətlərimiz oldu. Növbəti oyunlarda belə imkanlardan yararlanmağa çalışacağıq. Amma komandamın performansından çox məmnunam və bu, bizim üçün ən vacib məsələdir”.