
Malta - Azərbaycan matçının baş hakimi dəyişdi
- 25 Mar 2022 20:00
- 512
Bu gün Bakı vaxtı ilə saat 22:00-da Maltada keçiriləcək Malta – Azərbaycan oyununu idarə edəcək ispaniyalı hakimlər briqadasında dəyişiklik baş verib.
Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qarşılaşmanın baş hakimi Alexandro Hernandesi 4-cü hakim Sezar Sato Qrado əvəzləyib. 4-cü hakim funksiyası Malta Futbol Federasiyasından Emanuel Greçə həvalə olunub.