“Səbail”in 2 legioner futbolçusu əvəzedici komandaya göndərilib.

Rekord.az xəbər verir ki, bunlar Fakundo Kardozo və Luvaqa Kizitodu.

Hər iki futbolçu baş məşqçi Mahmud Qurbanovun qərarı ilə əsas komandadan uzaqlaşdırılıb.
Maraqlıdı, hazırlıq dönəmində heyətinə xeyli futbolçu cəlb edən “Səbail” indi onlardan ikisini niyə əvəzedici komandaya göndərib? Bu haqda məlumat almaq üçün klubun mətbuat katibi Sənəm Fərhadlı ilə əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu: “Bəli, Fakundo Kardozo və Luvaqa Kizito baş məşqçinin qərarı ilə əvəzedici heyətə göndərilib. Bunun səbəbini deyə bilmərəm. Qeyd etdiyim kimi, baş məşqçinin qərarıdı”.