Zaqreb “Dinamo”sunun futbolusu  Mahir Emrelinin komanda ilə ümumi məşqlərə nə vaxt qayıdacağı məlum olub.

Rekord.az "Jutarnji List"ə istinadən xəbər verir ki, millimizin üzvü bazar ertəsindən etibarən komanda ilə məşqlərə başlayacaq.

O, hazırda fərdi qaydada məşq edir.

Qeyd edək ki, M.Emreli zədə səbəbindən yoldaşlıq oyunları üçün millimizə çağırılmayıb.