
Mahir onunla vidalaşan baş məşqçi ilə bağlı paylaşım etdi
- 22 Apr 2022 13:45
- 423
“Dinamo”da çıxış edən azərbaycanlı hücumçu Mahir Emreli istefaya göndərilən Zaqreb təmsilçisinin baş məşqçisi Jelko Kopiçlə vidalaşıb.
Rekord.az xəbər verir ki, 25 yaşlı forvard xorvat mütəxəssislə şəklini paylaşaraq, ona təşəkkürünü bildirib:
“Hər şey üçün təşəkkürlər”.
Xatırladaq ki, “Dinamo”nun baş məqşçisi postunda Kopiçi Ante Çaçiç əvəz edib. O, mövsümün sonuna kimi komandaya müvəqqəti rəhbərlik edəcək.