Polşanın “Legiya” komandası yoxlama oyununda qüvvəsini sınayıb.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi kollektiv əvəzedici komanda ilə qarşılaşıb.

Varşava təmsilçisinin əsas komandası bu oyundan 4:1 hesablı qələbə ilə ayrılıb. Azərbaycan yığmasının düşərgəsindən yenicə qayıdan Mahir də bu görüşün iştirakçısı olub. Əsas komandanın ilk qolunu da 16-cı dəqiqədə Emreli vurub.

“Legiya” Polşa çempionatının 11-ci turu çərçivəsində oktyabrın 17-də “Lex”lə qarşılaşacaq. Bu komanda 10 turdan sonra 9 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb. Varşava təmsilçisinin əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.