
Mahir dünənki oyundan sonra bu paylaşımı etdi
- 14 Noy 2022 12:14
- 357
Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emreli Xorvatiya çempionatında "Riyeka"nı məğlub etdikləri oyundan sonra sosial şəbəkə hesabında paylaşım edib.
Rekord.az xəbər verir ki, 7:2 hesabıyla başa çatan görüşdə dubl edən millimizin hücumçusu İnstaqramda bunları yazıb:
"Bu komandanın bir parçası olduğum üçün qürurluyam. Komanda yoldaşlarıma təşəkkür edirəm".
Xatırladaq ki, ötən gün keçirilən oyunda Emreli 72-ci dəqiqədə meydana çıxıb və elə həmin dəqiqə hesabı artırıb. Digər qolu isə 85-ci dəqiqədə vurub.