Deyəsən, “Barselona”nın hücumçusu Usman Dembele daşı ətəyindən töküb.

Rekord.az xəbər verir ki, Dembele klubda qalmaq üçün maaşını azaltmağa hazırdır.

Məlumata görə, bu yay “Barselona”nı tərk etməyə hazırlaşan oyunçunun agenti Mussa Sissoko çərşənbə günü klub nümayəndələri ilə görüşüb və bildirib ki, müştərisi yeni müqavilə bağlamağa hazırdır.

Usman 2017-ci ildən "Barselona"da çıxış edir. Fransız hücumçunun müqaviləsi yayda başa çatır. O. daha əvvəl kataloniyalılarla müqaviləni yeniləməkdən imtina etmişdi.

24 yaşlı Dembele bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 2 qol vurub və 11 məhsuldar ötürmə edib.