İspaniyanın “Real” klubunun yarımmüdafiəçisi Luka Modriç Xorvatiya millisində tarixi nailiyyətə imza atıb.

Rekord.az xəbər verir ki, təcrübəli futbolçu buna UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində səfərdə Avstriyaya qarşı keçirdikləri səfər oyununda nail olub.

Modriç komandasının 3:1 hesabı ilə qalib gəldiyi bu oyunda komandasının ilk qolunu vurub. Bununla da o, yığmanın tarixində qol vuran ən yaşlı oyunçuya çevrilib. Yarımmüdafiəçi 37 yaş 16 günlüyündə bunu bacarıb. Əvvəlki rekord 36 yaş 327-ci günündə fərqlənən Niko Kovaça məxsus idi.

Xatırladaq ki, Xorvatiya millisi A Liqasının 1-ci qrupunda 13 xal toplayaraq lider olub və final mərhələsinə vəsiqə qazanıb.