Ukrayna çempionatının son turunun "Dinamo" Kiyev  - "Dnepr-1" matçı (1:0) Kiyev klubunun baş məşqçisi Mirça Luçesku üçün əlamətdar olub.

Rekord.az xəbər verir ki, qazanılan qələbə rumıniyalı məşqçinin Ukrayna karyerası ərzində 450-ci qələbəsi olub.

O, bu qələbələrin 394-nü "Şaxtyor"da, 56-nı isə "Dinamo"da qazanıb.