Qətər milli komandası ispaniyalı mütəxəssis Xulen Lopeteqini baş məşqçi təyin edib.


Rekord.az xəbər verir ki, 58 yaşlı məşqçi ilə müddəti 2027-ci ilə qədər olan müqavilə imzalanıb.


Lopeteqi daha əvvəl İspaniyanın “Real”, “Sevilya”, İngiltərənin “Vest Hem” və “Vulverhempton” klublarında, həmçinin, İspaniya milli komandasında çalışıb.


Hazırda Qətər yığması FİFA-nın milli komandalar reytinqində 55-ci pillədə qərarlaşıb.