Serbiyalı futbolçu Marko Rakonyas Moskva "Lokomotiv"ni tərk edə bilər.

Rekord.az xəbər verir ki, 22 yaşlı futbolçunun xidmətində "Srvena Zvezda" maraqlıdır.

Serbiya klubu futbolçunu icarəyə götürmək istəyir. Lakin hələlik tərəflər arasında keçidlə bağlı razılıq əldə olunmayıb.

Qeyd edək ki, Rakonyas "Lokomotiv"ə ötə yay "Çukariçki"dən 2.5 milyon avroya transfer olunmuşdu. Futbolçu cari mövsümdə 15 oyunda meydançaya çıxıb, aktivində qol yoxdur.