
“Liverpul”un tarixində ilk
- 06 Apr 2022 12:00
- 455
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Portuqaliyada “Benfika”nı məğlub edən (3:1) İngiltərənin “Liverpul” klubu yeni uğura imza atıb.
Rekord.az xəbər verir ki, “Liverpul” tarixində ilk dəfə bütün turnirlərdə ardıcıl 8 səfər matçında qalib gəlib.
“Qırmızılar”ın növbəti səfər görüşü İngiltərə Premyer Liqasında “Mançester Siti”yə qarşı olacaq.
“Liverpul”la “Benfika” arasında cavab matçı aprelin 13-də “Enfild” stadionunda keçiriləcək.