
"Liverpul" onu yenə icarəyə verdi
- 29 İyn 2023 12:20
- 286
"Liverpul" müdafiəçi Ris Uilyamsı "Aberdin"ə icarəyə göndərib.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
22 yaşlı oyunçu 2023/2024 mövsümünü icarə əsasında Şotlandiya təmsilçisində keçirəcək.
Uilyams "Liverpul"un yetirməsidir. O, əsas komandanın heyətində 19 oyuna çıxıb. Müdafiəçi 2022/23 mövsümündə icarə əsasında "Blekpul"da çıxış edib.