"Liverpul" "Napoli"nin yarımmüdafiəçisi Stanislav Lobotka ilə yaxından maraqlanır.

Rekord.az xəbər verir ki, bu haqda məlumatı "The Athletic" nəşri yayıb.

Mənbənin məlumatına görə, bu transferdə ən çox maraqlı və israrlı şəxs Yurgen Kloppdur. 

Qeyd edək ki, Labotkanın "Napoli" ilə müqaviləsi 2027-ci ilə qədərdi.