“Liverpul” ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, Premyer Liqa nəhənginin kapitanı Cordan Henderson sıradan çıxıb.

O, Madrid “Atletiko”suna qarşı keçirdikləri Çempionlar Liqası matçında dizindən zədə alıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, zədəsi ciddi olan futbolçu azı 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

29 yaşlı yarımmüdafiəçi bu mövsüm müxtəlif turnirlər çərçivəsində 34 oyuna çıxıb. İngilis futbolçu bu görüşlərdə 3 qola imza atıb. O, “Vest Hem”, “Uotford” və “Bornmut”a qarşı keçirəcəkləri Premyer Liqa oyunlarında forma geyinməyəcək. Kapitanın martın 11-də “Atletiko”ya qarşı cavab görüşündə də iştirakı gözlənilmir.