Lionel Messidən 800-cü qol
- 24 Mar 2023 15:00
- 543
Argentina millisinin 36 yaşlı futbolçusu Lionel Messi karyerasında 800-cü qolunu vurub.
Rekord.az xəbər verir ki, ulduz forvard bunu Panamaya 2:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyununda fərqlənməklə reallaşdırıb.
O, 89-cu dəqiqədə rəqib qapısına yol taparaq yekun nəticəni müəyyənləşdirməklə yanaşı, özü üçün əlamətdar qola imza atıb. Hazırda Fransa PSJ-sində çıxış edən Messi klub karyerasında 701, yığmada isə 99 dəfə fərqlənib.
2005-ci ildən Argentina millisinin formasını geyinən Lionel Messi son dünya çempionudur. O, 2022-ci ildə Qətərdə keçirilən mundialın ən yaxşı oyunçusu seçilib.