
Lionda inamlı qələbə, “Marsel” və “Monako”dan xal itkisi
- 10 Apr 2023 00:55
- 357
Fransa çempionatında 30-cu tura yekun vurulub.
Rekord.az xəbər verir ki, əksər qarşılaşmalar son günə təsadüf edib.
“Loryan”la Marsel “Olimpik”i arasındakı oyunda qapılara qol vurulmayıb. “Reyms” - “Brest” və “Nant” - “Monako” matçlarında da qalib müəyyənləşməyib.
Lion “Olimpik”i “Renn”lə ev oyununda inamlı qələbəyə sevinib. “Ayaçço” evdə “Oser”ə, “Monpelye” “Tuluza”ya, “Trua” isə “Klermon”a uduzub.
Hazırda 69 xalı olan PSJ vahid liderdir. “Lans” 63 xalla ikinci, Marsel “Olimpik”i 61 xalla üçüncü pillədə qərarlaşıb. “Monako” 58, “Lill” 52, “Renn” 50, Lion “Olimpik”i və “Reyms” 47, “Nitsa” ilə “Loryan” 45 xal toplayıblar.
Fransa, Liqa 1
30-cu tur
7 aprel
Lans – Strasburq 2:1
Qol: Frankovski, 11. Medina, 65 – Qameyro, 84.
8 aprel
Anje – Lill 1:0
Qol: Şabanoviç, 84.
Nitsa – PSJ 0:2
Qol: Messi, 26. S.Ramos, 76.
9 aprel
Olimpik (Lion) – Renn 3:1
Qol: Tolisso, 60. Lakazette, 68. Barkola, 79 – Quiri, 11.
Ayaçço – Oser 0:3
Qol: Ture, 3. Da Kosta, 6. Alfonse, 45+1-öz qapısına.
Monpelye – Tuluza 1:2
Qol: Vahi, 88 – Dallinqa, 31. Çaibi, 85.
Reyms – Brest 1:1
Qol: Baloqun, 90+1 – Melu, 6.
Trua – Klermon 0:2
Qol: Çam, 27. Qastyen, 30.
Nant – Monako 2:2
Qol: M.Məhəmməd, 65. Blas, 78 – Disasi, 21. Matazo, 30.
Loryan – Olimpik (Marsel) 0:0