
Lion “Olimpik”indən Niderland klubuna
- 02 Yan 2023 18:30
- 407
Fransanın “Olimpik” (Lion) klubu yarımmüdafiəçisi Floran Da Silvanı Niderland “Volendam”ına icarəyə verib.
Rekord.az xəbər verir ki, bu barədə Niderland təmsilçisinin rəsmi saytı məlumat yayıb.
19 yaşlı fransız futbolçu 2023-cü ilin 30 iyununa qədər icarədə olacaq.
Floran Da Silva Lion “Olimpik”inin öz yetirməsidir. Gənc futbolçu daha öncə “Villfranş”da da icarədə oynayıb.