Linqard Cənubi Koreya klubunu tərk edib
- 12:55
- 32
İngiltərənin "Mançester Yunayted" klubunun keçmiş yarımmüdafiəçisi Cessi Linqard azad agent olub.
Rekord.az “The Sun"a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu Cənubi Koreyanın "Seul" klubunu tərk edib.
Təcrübəli yarımmüdafiəçi sözügedən komandada keçən ilin fevralından forma geyinirdi.
Mançester təmsilçisinin yetirməsi olan Linqard İngiltərə millisində 32 oyun keçirib. "Transfermarket" futbolçunun dəyərini 3 milyon avro olaraq qiymətləndirir.