“Linfild”in qapıçısı Roan Fergüson ötən yay Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la oyunları yada salıb.

Rekord.az xəbər verir ki, Şimali İrlandiya klubunun kiperi ölkəsinin mətbuatına müsahibəsində deyib:

“Biz işimizin öhdəsindən layiqincə gəlirdik. Əvvəl “Torshavn”ı, sonra “Sutyes”kanı çıxardıq. “Qarabağ”la matçlarda isə bəxtimiz gətirmədi. Elə çox komanda yoxdur ki, onlar yalnız vurulan və buraxılan qollardakı nisbətə görə qrupa düşə bilməsin”.

Səfərdəki oyunda “Qarabağ” 2:3 hesabı ilə uduzsa da, Bakı 2:1 hesabı ilə qələbə qazanıb. Ağdam təmsilçisi səfərdə daha çox qol vurması sayəsində mərhələ adlayıb.