Futzal üzrə Azərbaycan Yüksək Liqasında 9-cu turun iki matçı keçirilib.


Rekord.az xəbər verir ki, turun mərkəzi görüşündə "Neftçi" İK "Baku Fire" kollektivini 8:4 hesabı ilə məğlub edib.


Digər görüşdə "Şuşa" "Lənkəran" üzərində qələbə qazanıb - 12:5.


Hər iki qarşılaşma "Olimpik Star"da baş tutub.


Turun "Araz-Naxçıvan" – U-19 görüşü Naxçıvan təmsilçisinin UEFA Çempionlar Liqası matçında iştirakı ilə əlaqədar dekabrın 18-nə təyin olunub.