Almaniya Bundesliqasında 20-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün daha 6 qarşılaşma baş tutub.

Lider “Bayern” “Bohum”la ev oyununda darmadağına sevinib. Səfərdə “Verder”lə qarşılaşan Dortmund “Borussiya”sı da turu qələbə ilə başa vurub. “Bayer”lə “Union Berlin” isə müvafiq olaraq “Hoffenhaym” və “Leypsiq”lə səfər matçlarından qalib ayrılıb. “Frayburq” “Ştutqart”ı, “Maynts” da “Auqsburq”u məğlub yola salıb.

Almaniya Bundesliqası
20-ci tur

10 fevral

Şalke – Volfsburq 0:0

11 fevral

Bayern – Bohum 3:0
Qol: Müller, 41. Koman, 64. Qnabri, 74-pen.

Frayburq – Ştutqart 2:1
Qol: Qrifo, 60-pen; 84-pen – Fuhrix, 30.

Hoffenhaym – Bayer 1:3
Qol: Nsoki, 77 – Andrix, 6. Diabi, 47. Hlojek, 56.

Maynts – Auqsburq 3:1
Qol: Li Sunq, 21; 52. Onisivo, 24 – Demiroviç, 28.

Verder – Borussiya (Dortmund) 0:2
Qol: Gittens, 67. Brandt, 85.

Leypsiq – Union Berlin 1:2
Qol: Henriks, 24 – Haberer, 61. Knoxe, 72.

12 fevral

18:30. Herta – Borussiya (Mönhenqladbax)
20:30. Köln – Ayntraxt