"Barselona"nın futbolçusu Robert Levandovski gələcək karyerası ilə bağlı açıqlama verib.

Rekord.az xəbər verir ki, o, futbolçu karyerasını nə zaman bitirəcəyi haqda danışıb.

Polşalı futbolçu ən azı 2-3 il yüksək səviyyədə oynamaq istəyini dilə gətirib: "Düşünürəm ki, daha bir neçə il yüksək səviyyədə oynaya bilərəm. Amma bunun neçə il olacağını deyə bilmərəm. Amma əminəm ki, bu, 1-2 il yox, daha çox olacaq. Və əminəm ki, həmin illəri də "Barselona"da keçirəcəm".

Qeyd edək ki, 34 yaşlı Levandovski cari mövsüm 25 qol vurub, 6 məsuldar ötürmə edib.