"Bavariya"nın ulduzu Robert Levandovski karyerasını İngiltərədə davam etdirə bilər.

Rekord.az xəbər verir ki, 32 yaşlı hücumçunun meneceri Münhen təmsilçisi ilə yeni müqavilə imzalanması üçün danışıqlar aparır.

Lakin tərəflər razılığa gəlməsə, Levandovski İngiltərə klublarından birinə keçəcək. Onunla "Real"ın yaxından maraqlandığı haqda məlumatlar da yayılıb.

Polşalı oyunçu bu mövsüm Bundesliqada 26 matçda 36 qol vurub.