"Baku Sportinq"in serbiyalı yarımmüdafiəçisi Luka Stevanoviç Bizon Azərbaycan kubokunun "Şamaxı" ilə matçından (0:1) sonra Rekord.az-a müsahibə verib:


- Öncə oyunla bağlı təəssüratlarını öyrənək...

- Çox yaxşı oynadıq. Rəqib güclü idi, yüksək liqanın komandası idi. Buna baxmayaraq, epizodlarımız oldu. Son dəqiqədəki epizod mənə görə penaıti idi. Hər halda, mən belə düşünürəm. 

- Necə düşünürsən, hakim nəyə görə penalti təyin etmədi? Bəlkə siz I Liqa komandası olduğunuz üçün bunu etmədi?

- Bunu deyə bilmərəm, bu, hakimin işidir. Mən yalnız öz fikirimi deyə bilərəm ki, 100 faiz penalti idi. Hər halda, bu futboldu, həyatdı.

- Kubokda mübarizəni dayandırdınız. Bundan sonrakı "Baku Sportinq"i necə görürsən? Qarşısınıza Premyer Liqaya vəsiqə həfəfi qoyulub?

- Əlbəttə, bunun üçün potensialımız da var. Hər şey öz əlimizdədir. Qarşıda bizi "Şahdağ"la oyun gözləyir. Daha sonra "Şİmal"la qarşlaşacayıq. Ardınca isə "Zaqatala" ilə matçımız olacaq. Oyundan oyuna yalnız qələbə haqda düşünürük. 

- Premyer Liqa komandasına qarşı oynadınız və öz potensialınızı da gördünüz. "Baku Sportinq" həmin komandalarla başabaş oynya bilər?

- Əlbətdə, biz öz oyunumuzla bunu sübut elədik. Yanvarda bir neçə yeni futbolçu transferi də olsa, komanda tam hazır olacaq. Amma belə götürəndə elə indi də hazırdı. 

- Şəxsən sən özün özünü I Liqada necə hiss edirsən?

- Çox yaxşı. 

- I Liqada oynamağını nəzərdə tuturam.

-- Normaldı hər şey. Düzdür, mən onsuz istər Serbiyada, istərsə də Belarusda yüksək liqa klublarında oynamışam. Amma bura da artıq uyğunlaşmışam. 

- Daha öncə Azərbaycanın yüksək liqa komandalarınıən hansısa birindən təklif almamısan?

- Xeyr, heç vaxt belə bir şey olmayıb.

- I Liqada oynamağa səni nə məcbur etdi, bura hansı perspektiv gördün?

- İlk növbədə komandanın iddiası. Çünki hədəf Premyer Liqaya vəsiqədir.  Mən özüm də yüksək liqada oynamağı çox istəyirəm.

- Səndən əvvəl də ölkəmizdə xeyli serb futbolçu oynayıb, hazırda da  oynayır. Onlardan tanıdıqların var?

- Əlbəttə. Biri elə mənim dostum, "Sabah"da oynayan Letiç dostumdu. o cümlədən Miloş Bosançiçi də qeyd edərdim.

-Saşa İliç də var...

- Bəli, İliç, hazırda "Sumqayıt"ın baş məşqçisidir. Mən hələ Serbiyada olanda o, "Partizan"da forma geyinirdi.  Çox güclü məşqçudir.  Bu gün imkan daxilində görüşürük. Bu yaxınlarda Sumqayıta getmişdim, orda da görüşdük.


Anar XANLAROV