
Lerikdə Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş futzal yarışı
- 11 Mar 2023 10:00
- 408
Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi, Lerik rayon Gənclər və İdman İdarəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lerik rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə məktəbli oğlanlar arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Futzal yarışı keçirilib.
Rekord.az xəbər verir ki, 10 ümumtəhsil məktəb komandasının və 100-ə yaxın məktəbli futzalçınını iştirak etdiyi yarışın qalibi Valeh ibrahimov adına Lerik şəhər inteqrasiya təlimli, internat tipli gimnaziyanın komandası olub.
Yarışda 2-ci yeri leytenant Arif Nuriyev adına Lerik şəhər texniki fənlər təmayüllü liseyin komandası, 3-cü yeri isə Namaz Muradov adına Günəşli kənd tam orta məktəbinin komandası tutub. Qalib komandalara və nominasiyalar üzrə fərqlənmiş futzalçılara Lerik rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub