
Lənkəranda daha bir komanda yaradıldı
- 12 Apr 2022 11:00
- 664
Azərbaycanda futbol klubu fəaliyyətini yenidən bərpa edib.
Rekord.az xəbər verir ki, bu, “Alyans”FK-dır.
Ötən mövsüm Region Liqasında mübarizə aparmış və Lənkəranı təmsil etmiş komanda 1 illik aradan sonra “səhnə”yə dönüb. “Alyans” Azərbaycanda biznesi olan iranlı iş adamları tərəfindən yaradılıb. Komanda ev oyunlarını “Xəzər Lənkəran” Mərkəzi Stadionunda keçirib. (sportinfo.az)