İngiltərənin "Çelsi" komandasının yeni baş məşqçisi müəyyənləşib.

Rekord.az xəbər verir ki, London təmsilçisi sabiq baş məşqçisi Frenk Lempardla anlaşıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 44 yaşlı mütəxəssis mövsümün sonunadək "zadəganlar"a rəhbərlik edəcək.

Lempard baş məşqçi postunda aprelin 2-də istefaya göndərilmiş Qrem Potteri əvəzləyib.

Xatırladaq ki, 2001-2014-cü illərdə "Çelsi"də oynamış keçmiş yarımmüdafiəçi 2019-2021-ci illərdə komandanın sükanı arxasında olub.