
"Legiya"nın sabiq prezidenti: "Mahir xilaskar deyil”
- 25 Yan 2022 14:43
- 529
“Legiya”nın sabiq prezidenti Boquslav Lesnodorski Varşava klubunun hazırki durumu haqda danışarkən Mahir Emreli məsələsinə də toxunub.
Rekord.az xəbər verir ki, o, millimizin forvardının “Legiya” ilə münasibətinin qaydasında olmamasından söhbət açıb:
Emrelinin “Legiya”nın xilaskarı olduğunu deməzdim. Komandanın problemi digər mövqelərdədir.
Daha çox problem müdafiə mövqeyindədi. “Legiya” bu mövsüm 2 cəbhədə mübarizə aparmağa hazır deyildi.
Komanda çətin durumda arxasınca apara biləcək oyunçu qrupuna sahib deyil”.