Xəbər verdiyimiz kimi, "Sabah" Vaqner Lava təklif göndərib. Bu haqda bir neçə gün öncə mətbuata açıqlama verən komandanın baş məşqçisi Murad Musayev məlumat vermişdi. Musayev 38 yaşlı forvardın dəvəti qəbul etmədiyini bildirib: "Onun bura gəlməsini istəyirdik. Təklif də göndərmişdik. Sadəcə, Danimarkada oynamağı seçdi".

 

Rekord.az sportinfo.az-a istinada xəbər verir ki, Lav Azərbaycana gəlmək üçün aylıq 30 min dollar əməkhaqqı tələb edib.

 

"Sabah"la anlaşma da bu səbəbdən baş tutmayıb.

Onu da qeyd edək ki, braziliyalı hücumçunun son klubu Qazaxıstan "Kayrat"ı olub. O, Almatı təmsilçisinin heyətində UEFA Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı oynayıb.  Lav yaxınlarda "Midtüllan"a keçib. Danimarka klubu cənubi amerikalı forvardla 6 aylıq müqavilə imzalayıb. “Sambaçı” Qazaxıstan klubunda 300 min dollar qazanıb. Onun Danimarkada 6 aylıq maaşı isə 100 min dollar civarında olacaq.